Diaspor

AAK rəhbəri Niderland Krallığının Azərbaycandakı səfiri ilə görüşüb

AAK rəhbəri Niderland Krallığının Azərbaycandakı səfiri ilə görüşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporpress.az xəbər verir ki, Bakıda səfərdə olan Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov və Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Pauline Eizema ilə görüşüb.

Sahil Qasımov ilk öncə Azərbaycanda yeni fəaliyyətə başlayan xanım Pauline Eizemaya uğurlar arzulayıb. Avropa Azərbaycanlıları Konqresinin fəaliyyəti eyni zamanda Azərbaycan diasporunun gördüyü işlərlə bağlı səfirə ətraflı məlumat verib.

Pauline Eizema Vətən Müharibəsi ilə bağlı Niderland cəmiyyətinin əsasən birtərəfli məlumatlar aldığını, səfir kimi bölgədə gedən prosesləri hökumətinə olduğu kimi və mütəmadi çatdırdığını qeyd edib.  

Diplomat ölkəsinin Azərbaycanla daha sıx siyasi və iqtisadi iş birliyi yaradılması niyyətində olduğunu bildirib, işğaldan azad olunmuş ərazilərin bərpası, aqrar sahənin inkişafı, şəhərsalma, bərpa olunan enerji sektoru kimi sahələrdə iqtisadi əməkdaşlığın perspektivləri barədə danışıb.

Görüşdə iki ölkə arasında diaspor fəaliyyətinin və mədəni əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Diasporpress.az