“Postmüharibə dövründə reabilitasiya müəssisələrində 800-ə yaxın qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib”.
Bu barədə Jurnalistlərə açıqlamasında Şağan Reabilitasiya Pansionatın rəhbəri Jalə Həsənova bildirib.
Onun sözlərinə görə, 510 qazi 2370 reabilitasiya vasitəsi ilə təmin edilib:
“Müharibədə yaralanmış hərbçilərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. 16 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb”.
O qeyd edib ki, mərkəzdə qazilərə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir:
“Müəssisədə ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlər müvafiq xidmətlərlə təmin edilir”.
Diasporpress.az