Ölkə

44 günlük müharibədə Azərbaycan tarixi qələbəyə imza atdı

44 günlük müharibədə Azərbaycan tarixi qələbəyə imza atdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əkbər Yusifoğlu- Azərbaycan Prezidentinin yenilməz iradəsi, xalqımızın birliyi və ordumuzun gücü tarixi qələbəyə zəmin yaratdı.

Azərbaycanın əldə etdiyi tarixi-strateji qələbənin miqyası o qədər böyükdür ki, bunu dərk etmək üçün zamana ehtiyac var. Hamımız bunu vizual olaraq aydın görürük ki, torpaqlarımız işğaldan azad edildi.
Beləliklə xalqımızın Vətən Müharibəsinin, İstiqlal Savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırdı.
Azərbaycan tarixinin şanlı günlərini yaşayır. Bu ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Dünya ölkələrinin tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş vermişdir. Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı.
Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirdi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranan yenilməzlik mifi puç oldu. Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı və düşməni iti qovan kimi öz ərazilərimizdən çıxardı. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.
Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Biz yalnız tarix yazmadıq, dünya ölkələri üçün arxamızca öyrəniləcək çox izlər buraxdıq. Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Bu müharibədə ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Qısa zamanda düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsinin məhv edilməsi hərbçilərimizin peşəkarlığı və cəsurluğundan xəbər verdi.
Bizim mübarizəmiz haqq işi idi, biz ədalətli zəfər yoluna çıxmışdıq. Ona görə də, hər yerdə deyirlər ki, Azərbaycanın başladıb məntiqi sonluqla yekunlaşdırdığı müharibə ədalətli müharibə sayılır. Vətən Müharibəsində haqqı olan tərəf – Azərbaycan tarixi qələbəyə imza atdı.

QARABAĞ AZƏRBAYCANDIR!

Əkbər Yusifoğlu
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Tanınmış vəkil

 

Diasporpress.az