Ölkə

2019-cu ildə məişət zəminində baş verən cinayətlərin XRONİKASI

Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən ilin birinci yarısı üzrə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin cəmi sayı 21 382 nəfər olub. Onlardan 1221 nəfər məişət zorakılığından zərər çəkənlərdir.

2019-cu ildə məişət zəminində baş verən cinayətlərin XRONİKASIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən ilin birinci yarısı üzrə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin cəmi sayı 21 382 nəfər olub. Onlardan 1221 nəfər məişət zorakılığından zərər çəkənlərdir.

Qeydə alınan cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin 6108 nəfərini qadınlar, 614 nəfərini isə uşaqlar təşkil edir. Nəticədə, zərərçəkmiş qadınların 331 nəfəri, uşaqların isə 87 nəfəri ölüb.

Məişət zorakılığı ilə bağlı cinayətlərin qurbanı olan qadınların sayı 915, uşaqların sayı isə 17 nəfər olub. Nəticədə, 40 qadın, bir uşaq ölüb.

Müvafiq olaraq 2019-cu ilin eyni dövründə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin cəmi sayı 10 min 284 min nəfər olub. Onlardan 699 nəfər məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir.

Qeydə alınan cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin 3345 nəfərini qadınlar, 305 nəfərini isə uşaqlar təşkil edir. Nəticədə, zərərçəkmiş qadınların 223 nəfəri, uşaqların isə 55 nəfəri ölüb.

Məişət zorakılığı ilə bağlı cinayətlərin qurbanı olan qadınların sayı 549, uşaqların sayı isə 13 nəfər olub. Nəticədə, 15 qadın, iki uşaq ölüb.

DiasporPress.az  2019-cu ildə məişət zəminində baş verən bir sıra cinayətlərin xronikasını təqdim edir:

Cari ilin ilk dəhşətli cinayəti yanvar ayının 3-də Cəlilabad rayonunda baş verib.

Belə ki, rayonun Üçtəpə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü  Arzu Cəfərova qardaşı Hikmət Sadıqov tərəfindən bıçaqlanaraq öldürülüb.

İlkin məlumata görə, 32 yaşlı qadının ölümünə qısqanclıq səbəb olub.

Belə ki, Arzu Cəfərova telefonda danışarkən qardaşı Hikmət ondan kiminlə danışdığını soruşub. Arzu isə telefonda kiminlə danışdığını bildirməyib. Qardaş və bacı arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Hikmət Arzunu qətlə yetirib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu il yaddaqalan hadisələrin səbəbi insanları kifayət qədər təəccübləndirib. Daha bir qadın zorakılığı isə sentyabr ayının 6-da paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, gecə saatlarında 1988-ci il təvəllüdlü Hüseynov Xaləddin Dilqəm oğlu 1984-cü il təvəllüdlü Günel Bağırovanın boğazını kəsib.

Meyitə baxış zamanı üzərində bir neçə bıçaq izi də aşkar edilib. X.Hüseynov cinayəti törətdikdən sonra polisə müraciət edərək qətli qısqanclıq zəminində törətdiyini etiraf edib. O, qətlə yetirdiyi qadınla yaxın münasibətdə olduğunu da deyib.

Sentyabr ayının 8-də Göygöl rayonunda daha bir cinayət hadisəsi baş verib.

Belə ki, “Beynəlxalq Bank”ın Gəncə filialının əməkdaşı, iki uşaq anası olan 35 yaşlı dul qadın Günay Cəlilifərxad 1991-ci il təvəllüdlü Orxan Məmmədov tərəfindən qətlə yetirilib. O, gənc qadının başını kəsib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon polis əməkdaşları cinayətdə şübhəli bilinən O.Məmmədovu Bakıda yaxalayıblar.

İlkin məlumatlara görə, G.Cəlilifərxadi O.Məmmədovla yaxın münasibətdə olub. Şəxslər arasında münaqişənin yaranma səbəbi isə G.Cəlilifərxadinin O.Məmmədovdan evlilik tələbi olub. O.Məmmədov isə bundan imtina edib. Qeyd edək ki, Məmmədovun yaxınları da tərəflər arasındakı yaş fərqinə görə bu evliliyə razılıq verməyib.

Baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qadınlara qarşı zorakılıq faktları bununla da bitmədi. Oktyabr ayının 9-da daha bir qadın əri tərəfindən 18 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Paytaxtın Nizami rayonu, Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınan cinayət ciddi müzakirələrə səbəb olub.

Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını 18 bıçaq zərbəsi ilə qətlə yetirib. İ.Əkbərov hadisəni törətdikdən sonra Şəki rayonuna qaçıb.

Nizami Rayon Polis İdarəsi və Şəki Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərov saxlanılıb.

Bu hadisədən bir neçə gün əvvəl isə Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında qadın öz əri tərəfindən qətlə yetirilib.

Belə ki, Nicat Abdullayev həyat yoldaşı Leyla Abdullayevanı küçədə, uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə öldürüb. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N.Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

 

DiasporPress.az