Rusiyanın Belqorod şəhərində yerləşən 15 metrlik xaç abidəsindən asılı vəziyyətdə qalan gənc oğlanın meyiti aşkar edilib.
REN TV xəbər verir ki, bu barədə İstintaq Komitəsinə regional idarədən məlumat verilib.
İstintaq sənədlərində qeyd olunur ki, hadisə yerinə baxış keçirilən zaman məlum olub ki, meyit 2001-ci il təvəllüdlü Belqorod Sənayə Kollecinin tələbəsinə məxsusdur. Onun adı açıqlanmır.
20 yaşlı gəncin meyiti bu gün səhər saatlarında aşkar edilib. Onun üzərində hansısa sənəd, yaxud ölüm səbəbinə aydınlıq gətirəcək məktub aşkar edilməyib.
DiasporPress.az