Manşet

20 Yanvar qırğınının təşkilatçılarından biri ölüb

20 Yanvar qırğınının təşkilatçılarından biri ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sonuncu sədri general-leytenant Vadim Bakatin ölüb.

Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.

Bildirilib ki, sovet dövlət xadimi 85 yaşında Rusiyanın paytaxtı Moskvada vəfat edib.

Qeyd edək ki, V.Bakatin 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdə biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin dönəm daxili işlər naziri olan V.Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.