Qastarbayterin 12 yaşlı qızları ilə yazışdığını öyrənən validyenlər ondan ağır intiqam alıblar.
Rusiyanın paytaxtında baş verən hadisənin təfərrütları barədə “Moskovski komsomolets” xəbər yayıb.
Məlumata görə, süd fermasında işləyən 28 yaşlı tacik hipermarketlərin birində qızla tanış olub və onun telefon nömrəsini alıb. Bundan sonra gənc və məktəbli qız yazışmağa başlayıblar.
Qızın valideynləri bunu öyrəndikdən sonra uşaqdan telefonu alıblar və onun adından kişi ilə söhbətləşməyə başlayıblar, bir müddət sonra isə görüş təyin ediblər.
Tacik görüş yerinə gəldikdə, orada tanımadığı kişi və qadını görüb. Onlar kişini bıçaq və tapança ilə hədələyərək döyüblər. Sonra isə polis idarəsinə apararaq, şikayət ediblər və onun qızlarına təcavüz etdiyini bildiriblər.
Polis qastarbayter barəsində “on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə” maddəsi ilə yoxlamalara başlayıb.