Səmayə Məmmədova “İlin mətbuat katibi” seçilib

Səmayə Məmmədova “İlin mətbuat katibi” seçilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mətbuat Şurasının inzibati binasında “Qızıl 10-luq” idman sorğusunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

DiasporPress.az xəbər verir ki, mərasimdə Azərbaycan Mətbuat Şurası, “Olimpiya dünyası” qəzeti və “Olimpsport” jurnalının birgə təşkilatçılığı ilə keçirilən 2019-cu ilin “Qızıl 10-luq” idman sorğusunun nəticələri açıqlanıb.

 

Nəticələrə görə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “İlin mətbuat katibi” seçilib.

 

Qeyd edək ki, Səmayə Məmmədova dəfələrlə müxtəlif qurumların təşkil etdiyi sorğularda mükafatlara, həmçinin bir neçə dəfə “İlin mətbuat katibi” adına layiq görülüb. O, KİV-lə daha çox sıx əməkdaşlıq edən mətbuat katibi kimi tanınır.

 

DiasporPress.az