“Oskar” müsabiqəsində iştirak qaydaları dəyişdi

Nüfuzlu “Oscar” film mükafatının təşkilatçıları koronavirus epidemiyası səbəbindən seçim qaydalarını dəyişdirməyə qərar veriblər.

“Oskar” müsabiqəsində iştirak qaydaları dəyişdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nüfuzlu “Oscar” film mükafatının təşkilatçıları koronavirus epidemiyası səbəbindən seçim qaydalarını dəyişdirməyə qərar veriblər.

Belə ki, ilk dəfə olaraq kinoteatrlarda deyil, onlayn nümayiş olunan filmlər müsabiqəyə buraxılacaq.

“RİA Novosti”nin məlumatına görə, təşkilatın bununla bağlı açıqlamasında bildirilir ki, müvafiq qaydalar kinoteatrlar açılana qədər qüvvədə olacaq.

Bu məqsədlə film internetdə yayımlandığı gündən etibarən iki ay ərzində xüsusi etibarlı saytda izləmək üçün akademiya üzvlərinə təqdim edilməlidir. Həmçinin, film bütün digər seçim tələblərinə cavab verməlidir.

Qeyd edək ki, koronavirus səbəbindən Kaliforniyanın Los-Anceles dairəsindəki kinoteatrlar martın 16-da bağlanıb. Filmlərin məhz bu bölgənin kinoteatrlarında nümayiş olunması “Oskar”da iştirak üçün vacib şərtlərdən biridir.

 

DiasporPress.az