Kiev Azərbaycanlıları Konqresi ictimai monitorinq kampaniyasına qoşuldu
29 Mart, 19:36   |    Baxış sayı: 309

Kiev Azərbaycanlıları Konqresi ictimai monitorinq kampaniyasına qoşuldu

DiasporPress.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulan DiasporPress İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Kiev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin də kompaniyaya dəstək olub.

Bu haqda DiasporPress İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili məlumat verib.

Qeyd edək ki, artıq Kiev Azərbaycanlıları Təşkilatı , Azərbaycan Ukrayna Beynəlxalq Alyansı, Moskva Azərbaycanlıları İcması, Rusiyanın Solikamski şəhərində fəaliyyət göstərən diaspor təşkilatımız, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Avropa Azərbaycanlıları Konqresi, Azərbaycan Amerika Qadınlar Cəmiəti, Ana Vətən Niderland Azərbaycanlı Qadınlar Cəmiəti, Azərbaycsn Türkiyə Evi və Azərbaycan Kərkük Mədəniyyət və Həmrəylik Mərkəzi bu məsələdə həmrəylik göstərəcəklərini bildiriblər.

 

DiasporPress.az