Ölkə

Xaçmazda sürücü piyadaları vuraraq qaçıb, ölən və yaralanan var

Xaçmazda sürücü piyadaları vuraraq qaçıb, ölən və yaralanan varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un verdiyi məlumata görə, hadisə Muxtadır qəsəbəsi ərazisində baş verib.

Belə ki, naməlum avtomobil yolu keçmək istəyən Xaçmaz şəhəri sakini, 1961-ci il təvəllüdlü Seyidəliyev Nurməhəmməd Sabir oğlu və Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Şahbazov İbrahim Arif oğlunu vurub. Nəticədə N.Seyidəliyev hadisə yerində ölüb, A.Şahbazov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən sürücü qaçıb.

Faktla bağlı araşdırma aparılır.

 

DiasporPress.az