Ölkə

Siyəzəndə narkotik əməliyyatı – FOTO

Siyəzəndə narkotik əməliyyatı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Əli Məlikov saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilərkən həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, hündürlüyü 30-175 sm, ümumi çəkisi 57 kq 530 qr olan 81 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Polis Şöbəsi əməkdaşlarının eyni gündə keçirdikləri digər əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Zəfər Qəniyev də saxlanılıb. Z.Qəniyevə məxsus həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş, hündürlüyü 75-170 sm, ümumi çəkisi isə 2 kiloqramdan artıq olan 14 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb.

Dindirilmə zamanı hər iki şəxs narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün yetişdirdiklərini etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, istintaq aparılır.