Sabir Rüstəmxanlı: “Bakı koronavirusu tamamilə unutdu”

Sabir Rüstəmxanlı: “Bakı koronavirusu tamamilə unutdu”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Nazirlər Kabineti yanında operativ qərargahın həftəsonları küçəyə çıxmamaq, apteklərin, mağazaların, restoranların ticarət obyektlərinin tam qapadılmasını nəzərdə tutan təklifinə münasibət bildirib.

S.Rüstəmxanlı Oxu.Az-a açıqlamasında deyib ki, Azərbaycanda ilk dəfədir həftəsonları küçəyə çıxmaq qadağası qoyulur.

“Amma belə təcrübə Türkiyədə var. Bunun Azərbaycanda da tətbiqi zərurətdən doğur. Təsəvvür edin, karantin rejimi yumşaldılandan sonra Bakıda tam başqa mənzərə yarandı. Sanki Bakı şəhəri koronavirus xəstəliyini tamamilə unutdu”, – deyə S.Rüstəmxanlı əlavə edib.

Onun fikrincə, hər bir vətəndaş koronavirusdan qorunmaq üçün qərar və qaydalara əmək etməlidir.

Deputatın fikrincə, Azərbaycan bütün dünyada koronavirusa qarşı aparılan tədbirlərdən kənarda qala bilməzdi:

“Buna görə də operativ qərargahın verəcəyi qərarı çox düzgün hesab edirəm”.

Qeyd edək ki, ölkə üzrə koronavirusa yoluxma sayının rekord həddə çatması ilə əlaqədar həftəsonları restoranların, apteklərin, ticarət obyektlərinin, restoranların tam bağlanması nəzərdə tutulur.

Həmçinin, cümə günü iş saatının azaldılması, insanların çölə çıxmasının da qadağan olunacağı gözlənilir.

 

DiasporPress.az