Ölkə

Saatlıda narkotik alverçisi saxlanıldı – FOTO

Saatlıda narkotik alverçisi saxlanıldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısında şübhəli bilinən Saatlı şəhər sakini Hüsaməddin Abasov saxlanılaraq RPŞ-yə gətirilib.

Onun kustar üsulla hazırladığı iki büküm heroin və metodonu 70 manat müqabilində satdığı müəyyən edilib.

Davam etdirilən tədbirlərlə H.Abasovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 169 ədəd metadon və 26 ədəd tramadol həbləri, eləcə də, səkkiz qramdan artıq metadon tozu, iki qramdan artıq heroin, bir ədəd şüşə flakonda tiryək məhlulu və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.