Rusiyada koronavirusa yoluxanların sayı 300 mini keçib.
Ölkədə koronavirusa son sutka ərzində 8 764 nəfər yoluxub, bununla da virusa yoluxanların sayı 308 705 nəfərə çatıb.
Ötən gün qonşu ölkədə COVID-19-dan 135 nəfər həyatını itirib. Rusiyada koronavirusdan ölənlərin ümumi sayı 2 972 nəfər təşkil edir.
Ölkə üzrə yoluxmuş 76 130 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
DiasporPress.az