Prezident Seyfulla Əzimovun rütbəsini artırdı – SƏRƏNCAM

Prezident Seyfulla Əzimovun rütbəsini artırdı – SƏRƏNCAMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev 2 iyul – Polis günü bayramı ilə bağlı sərəncam imzalayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə nazirliyin rəhbər heyətində təmsil olunan üç nəfərə general rütbələri, 26 nəfərə isə müxtəlif dövlət mükafatları verilib:

“Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimova general-leytenant rütbəsi verilib.

Nazirliyin Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlı və Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Teymur Hacıyevə isə polis general-mayoru rütbəsi verilib”.

 

DiasporPress.az