“Oskar-2021”in tarixi yenə dəyişdi – FOTO

“Oskar-2021”in tarixi yenə dəyişdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oskar-2021” fevral ayının sonunda keçirilməyəcək.

Oxu.Az xəbər verir ki, nüfuzlu Amerika Kino Akademiyası 93-cü mərasimin planlaşdırıldığı kimi 2021-ci il fevralın 28-də deyil, aprelin 25-də baş tutacağını açıqlayıb.

COVID-19 pandemiyası əyləncə sənayesi də daxil olmaqla, bütün sahələrə kəskin təsir göstərib.

“Yüz ildən çoxdur ki, filmlər ən çətin dövrlərdə mühüm rol oynayıb, insanları ruhlandırıb və təsəlli edib. Ümid edirik ki, mükafatların təxirə salınması kinorejissorların filmləri tamamlayıb zamanında təqdim etməyə imkan verəcək”, – deyə Akademiyanın prezidenti və icraçı direktorunun birgə bəyanatlarında bildirilib.

Mükafat almaq üçün müraciət edənlərin seçilmə müddəti mərhələsi də uzadılıb. Bu dəfə onlar fevralın 28-dək seçiləcək və namizədlərin siyahısı, çox güman ki, martın 15-də elan ediləcək.

Pandemiya dünyada kinoteatrları bağlayıb və ekrandakı filmlərin cədvəlində görünməmiş dəyişikliklərə məruz qoyub.

Yeri gəlmişkən, ənənəvi olaraq “Oskar” mükafatından iki həftə əvvəl reallaşan İngilis Film Akademiyası Mükafatı (BAFTA) da cədvəlini dəyişib. Təşkilatçılar 11 aprel 2021-ci ildə qaliblərin şərəfinə mərasim keçirmək niyyətlərini açıqlayıblar.

 

DiasporPress.az