“Mən meşşan həyat tərzindən uzaq bir insanam” – Rafael Cəbrayılov

“Təəssüf ki, sözügedən məsələ bu vaxta kimi öz həllini tapmayıb”. 

“Mən meşşan həyat tərzindən uzaq bir insanam” – Rafael Cəbrayılovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf ki, sözügedən məsələ bu vaxta kimi öz həllini tapmayıb”. 

Diasporpress.az xəbər verir ki, bu sözləri sabiq deputat Rafael Cəbrayılov mətbuat konfransında deyib.

Vəsiqəsini girov qoyaraq, borc götürməklə gündəmə gələn sabiq millət vəkili Rafael Cəbrayılov sözügedən bu məsələyə belə münasibət bildirib:

“Mən nə 3-cü, nə də 4-cü çağırış Milli Məclisin deputatı vəsiqəsini girov qoymamışam. Budur, həmin vəsiqələr.

Mənim borc götürdüyüm xanım qardaşımın tikinti şirkətinə pul yatırmışdı, gəlir götürmək üçün… Ancaq ikinci devalvasiyadan sonra həmin xanım ona çatacaq pulları bütövlükdə tələb etdi. Pulu qaytarmaq mümkün olmadıqda isə məhkəməyə verdi.

Təəssüf ki, məsələ bu vaxta kimi öz həllini tapmayıb. Lakin mən meşşan həyat tərzindən uzaq bir insanam. Atamın ən böyük vəzifəsi avtobus sürücüsü olub. Mən heç vaxt vəzifədən ikiəlli tutmamışam. Çünki vəzifədən ikiəlli yapışmaq insanın mənəvi keyfiyyətlərini itirir”.

Diasporpress.az