Ölkə

Lənkəranda bacısı ilə çayda çimən 20 yaşlı oğlan boğulub öldü

Lənkəranda bacısı ilə çayda çimən 20 yaşlı oğlan boğulub öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonunda gənc oğlan suda boğulub.

Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.

Rayonun Bəlləbur kənd sakini, 2000-ci il təvəllüdlü Əliyev Elgün Asəf oğlu bacısı Gülcahan Əliyeva və yeznəsi Elvin Cəfərovla birlikdə Yuxarı Nüvədi kəndi ərazisində suyun dərinliyi yeddi metr olan çaya çimməyə gedib.

E.Əliyev üzə bilmədiyi üçün çayın dərin yerində boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

DiasporPress.az