Dünya

Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsi məsələsi ilə bağlı AÇIQLAMA

Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsi məsələsi ilə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hərbçi göndərilməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsi ölkə qanunvericiliyində nəzərdə tutulan daxili prosedur məsələsidir”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq. Oraya Türkiyə hərbçilərini göndərmək lazımdır. Bu, Türkiyə Respublikasının qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur”, – deyə peskov sənədi şərh edib.

O, bunun Türkiyənin daxili işi olduğunu vurğulayıb.

“Azərbaycan ərazisində ortaq bir monitorinq mərkəzinin yaradılması ilə bağlı razılaşmalara gəldikdə, bu, Rusiya ilə Türkiyə arasında ikitərəfli razılaşmanın məhsuludur”, – deyə Kremlin sözçüsü əlavə edib.

Qeyd edək ki, Türkiyə prezidentinin müvafiq sərəncamı Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək.

Diasporpress.az