Ölkə

İyunun 18-19-da fiziki məhdudiyyətli 10 şagird də imtahan verəcək

İyunun 18-19-da fiziki məhdudiyyətli 10 şagird də imtahan verəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 və 19 iyun tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 10 şagird də iştirak edəcək.

Mərkəzdən verilən məlumata görə, bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb.

Hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

Xatırladaq ki, 18 və 19 iyun tarixlərində respublikanın 38 şəhər və rayonunda 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanları, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

DİM tərəfindən 18 və 19 iyun tarixlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

İyunun 18-19-da keçiriləcək imtahanlarda 43 767 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

 

DiasporPress.az