Ölkə

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verdi

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib.

Bu barədə APA-ya açıqlamasında İ.Ağayev özü bildirib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq, bu vəzifədən gedib:

“1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin, Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.