Ölkə

Azərbaycanda kişi qardaşını amansızlıqla qətlə yetirdi

Azərbaycanda kişi qardaşını amansızlıqla qətlə yetirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb.

Ağır xəsarətlər alan A.Vəliyev ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 

DiasporPress.az