Ölkə

Azərbaycanda hamilə həkim koronavirusa yoluxdu

Azərbaycanda hamilə həkim koronavirusa yoluxdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında daha bir həkim koronavirusa yoluxub.

News24.az-ın məlumatına görə, 1984-cü il təvəllüdlü onkoloq İndira Səfərova COVID-19 daşıyıcısı olaraq hamiləliyinin 37-ci həftəsində uşaq dünyaya gətirib, ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə tam sağlamdır. Onkoloqun vəziyyəti artıq yaxşılaşıb.

Qeyd edək ki, bu klinikanın həkimləri arasında artıq COVID-19-a ikinci yoluxma halıdır. Ötən gün Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov koronavirusdan vəfat edib. F.Namazovun ürəyində stend olması onun bu xəstəliklə mübarizə aparmasına problem yaradıb.

 

DiasporPress.az