Ölkə

Azərbaycan gömrükçülərindən uğurlu əməliyyat: Badımcan yeşiklərindən narkotik çıxdı – FOTO

Azərbaycan gömrükçülərindən uğurlu əməliyyat: Badımcan yeşiklərindən narkotik çıxdı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gömrükçülərin sayıqlığı nəticəsində İran ilə sərhəddə yük avtomobilindən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycandan tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın paytaxtı Kiyevə yemiş, pomidor və badımcandan ibarət tərəvəz yükü aparan “Scania” markalı “AT1682CI/AT0023XT” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb. Avtomobilə gömrük yoxlaması tətbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 11 paletdə qablaşdırılan badımcan yükünə yenidən reaksiya verdiyindən xüsusi texniki nəzarət vasitələri ilə əsaslı yoxlama aparılıb.

Nəticədə, standart ölçülü plastik yeşiklərin 100 ədədində “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılmış badımcanların altında, hər yeşikdə iki ədəd olmaqla, ümumilikdə 200 ədəd yastı – düzbucaqlı formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 108 kiloqram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə – heroinin qablaşdırıldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.