Ölkə

Almaniyadan daha səkkiz Azərbaycan vətəndaşı deportasiya ediləcək

Almaniyadan daha səkkiz Azərbaycan vətəndaşı deportasiya ediləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya məhkəməsi səkkiz Azərbaycan vətəndaşının ölkədən çıxarılması ilə bağlı qərarı qüvvədə saxlayıb.

Report-un məlumatına görə, ötən gün Deggendorf şəhər İdarə Məhkəməsində 2016-cı ildə Almaniyaya gələrək sığınacaq istəyən beş nəfərdən ibarət ailə və daha üç azərbaycanlının məhkəmə prosesi keçirilib.

Məhkəmə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) səkkiz Azərbaycan vətəndaşı barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar könüllü ölkəni tərk etməklə bağlı ilkin qərarın icrası mümkün olmadığından, Azərbaycan vətəndaşlarının ölkədən çıxarılması qeyri-müəyyən vaxta təxirə salınıb.

2019-cu ildə Almaniyaya qanunsuz yollarla daxil olan üç Azərbaycan vətəndaşı eyni zamanda 500 avro cərimə ödəməli olacaq.

Məlumat üçün bildirək ki, bu ilin sonuncu rübünə kimi aralarında azərbaycanlı sığınacaq axtaranların da olduğu 4000-dən çox şəxsin Almaniyadan deportasiya ediləcəyi gözlənilir.

 

 

DiasporPress.az