Ölkə

Ağstafada və Goranboyda yeddi tona yaxın çətənə kolu məhv edildi

Ağstafada və Goranboyda yeddi tona yaxın çətənə kolu məhv edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada və Goranboyda yeddi tona yaxın narkotik tərkibli bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qarayazı qəsəbəsinin ərazisində bir hektar sahədə yabanı halda bitmiş, çəkisi 5 ton 352 kiloqram olan 17 840 çətənə kolu aşkar olunaraq məhv edilib.

Bundan başqa, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Goronboy rayonu Mənəşli kəndinin ərazisində 1,4 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1 ton 465 kiloqram olan 4 188 çətənə kolu aşkar olunaraq məhv edilib.

 

DiasporPress.az