Ziyatdin Kassanov: Ahıska türkləri hər yerdə Azərbaycan və Türkiyənin yanındadır

Hər bir Axısqalı Azərbaycan üçün ölməyə hazırdır.

Ziyatdin Kassanov: Ahıska türkləri hər yerdə Azərbaycan və Türkiyənin yanındadırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyatdin Kassanov İnterPress.az– ekskluziv müsahibə verib. Ziyatdin Kassanov Ahıska Türklərinin hər zaman Azərbaycan və Türkiyənin yanında olduğunu qeyd edib. O həmçinin bildirib ki, Azərbaycan bizim vətənimizdir, hər bir Axısqalı Azərbaycan üçün ölməyə hazırdır.

Ziyatdin Kassanovla olan özəl müsahibəni təqdim edirik.


Ziyatdin bəy, sizi Azərbaycanda həmişə görürük, elə bura da sizin vətəniniz sayılır. Bu günlərdə Türkiyə cumhuriyyətinin prezidenti, hörmətli Rəcəb Tayib Ərdaoğanın da iştirak etdiyi bir forumda iştirak etdiniz və orada belə bir söz deyildi ki, Türk diasporaları artıq bir millət iki dövlət anlayışını inkişaf etdirərək 7 dövlət bir millət anlayışına çatdırırlar və təbii ki, Ahıska türkləri diasporası da orada fəaliyyət göstərməlidir. Bununla bağlı Ahıska türkləri nə tədbirlər görür?

-Öncə onu qeyd edim ki, bu tarixi açıqlama idi. Bunun nəticələri, faydaları illər sonra daha nəzərə çarpan olacaq. Xüsusi ilə də bir millətdə iki diaspora olmaz sözü bizim üçün də böyük əhəmiyyət kəsb edir. Çünki biz bütün türklər dünya üzrə bir diaspora kimi sözdə deyil əməldə birləşsək, bizim qarşımızı heç kim ala bilməz. Bütün problemlərimizi istər Qarabag, istər Suriya, istərsə də digər problemlərimizi asanlıqla həll edə bilərik. Dünyaya səsimizi daha rahat çatdıra bilərik, çünki biz milyonlarla insanı meydanlara çıxara biləcək gücə sahibik. Amma biz bu gün gücümüzdən istifadə etmirik. Başqa toplumlarda bir problem olanda yüzminlər meydanlara axışır amma bu gün Xocalı faciəsi, Qarabağın işğalı kimi problemlərimiz olsa da biz səsimizi dünyaya çatdıra bilmirik.
Hətta bəzən Avropa ölkələrinin liderləri Qarabağın tarixi Ermənistan torpağı olduğunu idia edirlər.
Bax bu cür absurd fikirlərə qarşı vaxtında etiraz edə bilsək onda Qarabağ problemini bütün gerçəkləri ilə dünya ictimaiyyətinə çatdıra bilərik.
Düşünürəm ki, birlikdə mübarizə aparsaq bunun hamımıza faydası olacaq və Ahıska türkləri hər yerdə Azərbaycan və Türkiyənin yanındadır heç vaxt özünü onlardan ayrı saymır Azərbaycan da, Türkiyə də, bütün türk dünyası da bizim vətənimizdir .

Bəzən mətbuatda Ahıska türklərinin Azərbaycan və Türkiyədə vətəndaşlıq alma problemləri ilə qarsılaşdıqları yazılır. Araya nifaq salmaq istəyənlər Suriyadan gələn ərəblərin artıq vətəndaşlıq aldığı halda, 25-30 il orada yaşayan Axısqa türklərinin hələ də vətəndaşlıq ala bilmədiklərini vurğulayırlar. Bununla bağlı nə deyə bilərsiz?

-Bu tamamı ilə provakasiyadır. Bu gün Ahıskalıların, Türkiyədə bu barədə heçbir problemi yoxdur. Vətəndaşlıq almaq istəyən hər bir Ahıskalıya vətəndaşlıq hüququ verilməklə yanaşı xaricdə yaşayan Ahıskalılar da istədikləri halda Türkiyədə yaşamaq hüququnu rahatlıqla ala bilirlər. Bu gün bizim xaricdə aldığımız diplomlar da Türkiyədə tanınır, bununla yanaşı Ukraniyadan, müharibə zonasından 700-ə yaxın Ahıska türkü ailəsi türkiyəyə köçüb və ev, iş və hər bir ehtiyacları təmin edilib. Doğruları öyrənmək istəyənlər vəziyyəti bizdən soruşsunlar.

Yaxın zamanlarda Ahıska türklərinin sürgünün il dönümü ilə bağlı böyük tədbirlər keçiriləcək. Bununla əlaqədər olaraq Gürcüstanda Ahıska türklərinə bir abidə qoyulması üçün Gürcüstan dövlətinə hər hansısa bir müraciət olunubmu?

-Bizim Gürcüstan dövləti ilə bir çox görüşümüz olub amma təəssüflər olsun ki, biz bu görüşlərdən istədiyimiz nəticəni almamışıq. Onlar bizə müəyyən dərəcədə kömək ediblər, vaxtında müraciyət edən soydaşlarımıza, 500 nəfərə Gürcüstan vətəndaşlığı veriblər, lakin bizim Gürcüstandan istədiyimiz bu deyil. Ora gedənlərimizin sayı nə qədər olacaq heç kim bilmir. Düşünmürəm ki hədindən çox adam getsin amma bizim orada haqqımız var. Biz oradan sürgün edildik. Düzdür bu sürgün Gürcüstanın yox Sovetin siyasəti nəticəsində baş verib amma yenə də bizim orada bir haqqımız var və Gürcüstan dövləti bu haqqımızı tanımalıdır. Bu problem dövlət problemi səviyyəsinə çatdırılmalıdır və bizim sürgündən əvvəlki şərtlərlə yenidən öz torpağlarımıza qayıdmağmız təmin olunmalıdır. Lakin Gürcüstan bu məsulliyəti boyununa götürmür inşallah biz bu il dönümü toplantısında Türkiyə və Azərbaycanın dəstəyi ilə həm Tiflisdə həm də Ahıskada istəklərimizi açıq aydın deməyə və səsimizi onlara çatdırmağa çalışacağayıq.

Siz dünyanın hər yerində olan Ahıska türkləri ilə maraqlanırsız, bu gün Azərbaycanda yaşayan soydaşlarınızı narahat edən hər hansısa bir problem varmı? Yoxsa onlar artıq inteqrasiya ediblər?

-Həmişə söyləmişəm yenə də söyləyirəm Azərbaycan bizim vətənimizdir, hər bir Ahıskalı Azərbaycan üçün ölməyə hazırdır. Qarabağ müharibəsində də Ahıskalılar vuruşub milli qəhramanımız da var əgər lazım olsa yenə də döyüşməyə hazırırq. Qısaca onu demək istəyirəm ki, bura bizim məmləkətimizdir burada bizim heç bir probilemimiz ola bilməz.

DiasporPress.az

Ziyatdin Kassanov: Axısqa türkləri hər yerdə Azərbaycan və Türkiyənin yanındadır