Özbəkistan Azərbaycana avtomobil ixracını bərpa edib
30 May, 10:51   |    Baxış sayı: 156

Özbəkistan Azərbaycana avtomobil ixracını bərpa edib

"GM Uzbekistan" şirkəti Azərbaycana avtomobil satışını bərpa edib.

DiasporPress.Az Özbəkistan KİV-inə istinadən xəbər verir ki, birinci mərhələdə ölkəyə R3 və R4 modelləri gətiriləcək, ardından model diapazonu genişləndiriləcək. Bu barədə şirkətin Mətbuat xidməti məlumat verib.

Şirkət daha əvvəl Ukrayna, Qırğız Respublikası, Belarus, Əfqanıstan, Tacikistan və Qazaxıstana avtomobil ixrac edib.

"GM Uzbekistan"da 2019-cu il ixrac potensialının inkişafı ili elan edildiyindən şirkət bu istiqamətdə fəaliyyətini genişləndirmək üçün aktiv iş görür.

Qeyd edək ki, "Ravon" brendi 2017-ci ilin noyabr ayında Azərbaycanda avtomobilqayırmanın inkişafı üçün yaradılan "Azərmaş" ASC-nin strateji tərəfdaşlarından biridir. Gələcəkdə Azərbaycanda "Ravon" markalı avtomobillərin yığımım təşkil edilməsi planlaşdırır.