Yevgeni Qrinko Türkiyənin iki şəhərində konsert verib
31 İyul, 14:30   |    Baxış sayı: 37

Yevgeni Qrinko Türkiyənin iki şəhərində konsert verib

Rusiyanın məşhur piano ifaçısı Yevgeni Qrinkonun Türkiyə səfəri davam edir.

Diasporpress.az xəbər verir ki, ifaçı Balıkesirdən sonra növbəti konsertini Quşadasında verib.

Konsertdə rusiyalı musiqiçi dünya bəstəkarlarının əsərləri ilə yanaşı, klassik ifalara da yer verib. O, konsert zamanı gitara, davul və piano ifaları ilə konserti daha maraqlı edib.

Mindən çox tamaşaçının qatıldığı konsert proqramı maraqla qarşılanıb.
 
Diasporpress.az