Yardım(lın)ı yeyənlər – Əhali etiraz edir – VİDEO
11 May, 16:50   |    Baxış sayı: 1084

Yardım(lın)ı yeyənlər – Əhali etiraz edir – VİDEO

"Dövlətin əhalinin kasıb təbəqəsi üçün göndərdiyi yardımların çoxu məmurların yaxınları arasında bölüşdürülür".

DiasporPress.az  xəbər verir ki, bu iddia ilə Yardımlı rayon sakinləri çıxış edib. Onların sözlərinə görə, yardımların yalnız cüzi hissəsi ehtiyacı olan şəxslərə çatdırılır:
 

"İcra Hakimiyyətinin başçısı və onun birinci müavini Azər Xamıyevin nəzarəti ilə yardımlar mənimsənilir. Yardımlar kəndlərdə ərazi nümayəndələrinin yaxın adamlarına verilir. Burada əsas meyar nə qədər ehtiyacın olması deyil, ərazi nümayəndəsinə, rayona rəhbərlik edən şəxslərə nə qədər yaxın olmaqdır. Kasıblar, həqiqətən ehtiyacı olan şəxslər isə birmənalı olaraq uzaq tutulur. Bu yardım kampaniyasında biz ən iyrənc əməllərə şahidlik etdik. Bəzən məcbur olub kasıblara da yardım göndərirlər. Amma necə? Qutu açırlar, içindəkiləri götürürlər, az miqdarda nəsə saxlayıb göndərirlər. Bunlar o qədər acgöz, utanmaz və Allahsızdırlar ki, kasıbın qutusundan da oğurluq edirlər”.

Yardımlı sakinlərinin saytımıza göndərdiyi video müraciətlərdə də vəziyyətin nə qədər acınacaqlı olduğunu görmək mümkündür.



Qeyd edək ki, bir müddət əvvəl Xalq şairi Sabir Rüstəmxanlı mətbuata verdiyi açıqlamada aztəminatlı ailələrə ayrılan yardımların İcra Hakimiyyəti tərəfindən mənimsənildiyini bildirmişdi. Rayonun deputatı Musa Qasımlı isə Milli Məclisdə buna qarşı çıxmış, Yardımlıda yardımların tam şəkildə şəffaf paylanıldığını bildirmişdi. Bundan sonra sosial şəbəkələrdə, ayrı-ayrı saytlarda Musa Qasımlının dediklərinin tam əksini göstərən materiallar yayılmış, ölkə başçısına müraciətlər edilmişdi.
Elə həmin materiallardan da görünürdü ki, rayonda aztəminatlı ailələrə ayrılan yardımlar, hətta işsizlər üçün paylanılan kartlar rayon rəhbərliyi tərəfindən mənimsənilib.

Onu da bildirək ki, son bir ayda həbs olunan iki icra başçısı əsasən pandemiya dövründə kasıb ailələrə verilən yardımların mənimsənilməsində təqsirləndirlirlər.