“YARAT”da növbəti ustad dərsləri keçirilib
10 Avqust, 17:19   |    Baxış sayı: 130

“YARAT”da növbəti ustad dərsləri keçirilib

"YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün "Özünü kəşf et” adlı ustad dərsləri keçirilib.

Diasporpress.az-ın məlumatına görə, "Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edə biliblər.

Dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri hər çərşənbə, 19:00-21:00 saatlarında keçirilir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunur.
 
Diasporpress.az