Yaponiya yeninin dəyərinin artması səhmlərin enməsinə və dövlət istiqrazlarının gəlirlərinin azalmasına aparır
27 Avqust, 15:23   |    Baxış sayı: 73

Yaponiya yeninin dəyərinin artması səhmlərin enməsinə və dövlət istiqrazlarının gəlirlərinin azalmasına aparır

ABŞ və Çin tərəfindən əlavə tariflərin tətbiqi ilə əlaqədar yeni təhlükə Yaponiyanın maliyyə bazarlarını silkələyib.

Diasporpess.az xəbər verir ki, milli valyuta olan yenin dollara nisbətdə məzənnəsinin artdığı bir vaxtda səhmlərin qiyməti enir, Yaponiya dövlət istiqrazlarının gəlirləri isə azalır.

Ən təhlükəsiz sərmayələrdən biri hesab edilən Yaponiyanın dövlət istiqrazlarının qiyməti artmaqda davam edir. Bazar ertəsi onillik dövlət istiqrazlarının gəlirləri mənfi 0,265 faizdən mənfi 0,285 faizədək düşüb.

Valyuta məzənnəsində və istiqrazların gəlirlərində titrəmələr səhmlərin də qiymətinin düşməsinə gətirib çıxarıb. Nəticədə "Nikkei” indeksi ötən həftənin cümə günü ilə müqayisədə 449 bənd aşağı düşərək günü 20.261 səviyyəsində başa vurub.

Hərracların gedişində bu aparıcı indeks 530 bənddən çox aşağı düşüb. (Azərtac)
 
Diasporpess.az