YAP Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədləri müəyyənləşdirdi – YENİLƏNİB

YAP VI çağırış Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədlərini müəyyənləşdirib.

YAP Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədləri müəyyənləşdirdi – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YAP VI çağırış Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədlərini müəyyənləşdirib.

Report-un xəbərinə görə, parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə isə Hicran Hüseynovanın namizədliyi irəli sürülüb.

09:49

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilir.

DiasporPress.az xəbər verir ki, YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunur.

Martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında fevralın Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələri təsdiqlənib. Bununla da 121 nəfərin deputatlığı təsdiq edilib.

Qeyd edək ki, 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.