YAP-da toplantı – Deputatlığa namizədlərin siyahısı açıqlanacaq
27 Dekabr, 14:07   |    Baxış sayı: 162

YAP-da toplantı – Deputatlığa namizədlərin siyahısı açıqlanacaq

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilir.

Diasporpress.az-ın xəbərinə görə, iclasda növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra siyahı təsdiq ediləcək.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.

 

Diasporpress.az