Yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi 4,6 faiz artıb
22 Avqust, 20:40   |    Baxış sayı: 54

Yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi 4,6 faiz artıb

Bu ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,6 faiz artaraq 826,1 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən Diasporpress.az-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,1 faizi hüquqi şəxslərin, 58,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 336 milyon manat olub.
 
Diasporpress.az