Xarici işlər naziri Vaşinqtona gedib
19 İyun, 13:10   |    Baxış sayı: 65

Xarici işlər naziri Vaşinqtona gedib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda səfərdədir.

Diasporpress.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva məlumat verib.

İyunun 20-də ABŞ paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnasakanyan görüşəcəklər.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ayrı-ayrılıqda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, ABŞ dövlət katibinin müavini Con Sullivanla da görüş keçirəcəklər.
 
 
Diasporpress.az