Xaricdəki azərbaycanlılarla bağlı vəziyyət necədir?
25 Aprel, 13:57   |    Baxış sayı: 573

Xaricdəki azərbaycanlılarla bağlı vəziyyət necədir?

"Hər hansı bir iş və yaxud müalicə üçün xaricə səfər edənlər, həmçinin tələbələrimiz tərəfindən 47 ölkədən 5 mindən çox müraciət daxil olub”.

DiasporPress.az xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov REAL TV-yə müsahibəsində deyib. Ölkələrdən olan müraciət statistikasını açıqlayan sədr bildirib ki, bəzi hallarda dərhal müdaxiləyə ehtiyac yaranıb:

 

"Ukraynadan bu günə kimi 500 müraciət daxil olub. İtaliyada çoxsaylı tələbələrimizin problemləri var idi. Artıq onların əksəriyyətinə həm köməklik edilib, həm də ölkəyə qayıtmaq imkanı yaradılıb.

Əllərində təyyarə bileti olub yaşamaq üçün imkanları olmayan soydaşlarımızın gündəlik qalmaq və qidalanma problemi aradan qaldırılıb. Belə ki, BƏƏ, xüsusilə də, Dubayda olan 75 soydaşımız 3 həftədir ki, otellərə yerləşdirilib, təxliyyəni gözləyir. Müxtəlif ölkələrdən gələn 19 gəncimizi Polşada Azərbaycan Evində 2 həftə saxladıq, artıq bir neçə gündür, onlar müxtəlif hostellərə yerləşdirilib. Belarusda 22 soydaşımız artıq ikinci həftədir ki, Komitə tərəfindən otelə yerləşdirilib. Həmin vətəndaşlar da sadəcə Belarusda yaşayanlar deyil”.

 

DiasporPress.az