Xalq artisti Tofiq Tağızadənin 100 illiyi ilə əlaqədar sərgi təşkil edilib
06 Avqust, 23:37   |    Baxış sayı: 28

Xalq artisti Tofiq Tağızadənin 100 illiyi ilə əlaqədar sərgi təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında görkəmli rejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ilə əlaqədar sərgi təşkil edilib.

Baş İdarədən Diasporpress.az-a bildirilib ki, sərgidə Tofiq Tağızadənin ekranlaşdırdığı "Görüş”, "Yeddi oğul istərəm”, "Mən ki, gözəl deyildim”, "Uzaq sahillərdə”, "Arşın mal alan”, "Dədə Qorqud” və s. bədii filmlərində rol almış peşəkar, bacarıqlı, istedadlı aktyorların kitabları nümayiş olunub.
 
Diasporpress.az