Vurğun Əyyub vəfat etdi
24 Sentyabr, 15:25   |    Baxış sayı: 53

Vurğun Əyyub vəfat etdi

Diasporpress.az  xəbər verir ki, bunu  Vurğun Əyyubun müalicə həkimi Adil Qeybulla deyib.

Adil Qeybulla mərhumun yaxın dəqiqələrdə vəfat etdiyini qeyd edib.

Xatırladaq ki, Vurğun Əyyub uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.

1977-1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985-1993-cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.

1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı "Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib.

15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.

Keçmiş Sovet İttifaqının ərazisində Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun 1992-ci ildən indiyədək yalnız Azərbaycanda keçirilməsi xalqımızın mədəni səviyyəsinin fəxr olunacaq bir göstəricisidir.

Allah rəhmət eləsin!