Vüqar Səfərli aşığa jurnalist kimi ev verib
08 May, 21:16   |    Baxış sayı: 599

Vüqar Səfərli aşığa jurnalist kimi ev verib

DiasporPress.az xəbər verir ki, aşıq, şairə Gülayə Şınıxlı (Rzayeva Gülayə İsrafil qızı) Jurnalistlər üçün tikilmiş binadan 2013-cü ildə "Respublika” qəzetindən ev alıb. Bu barədə jurnalist Samir Feyruzov özünün sosial şəbəkələrdə ki, şəxsi hesabında məlumat paylaşıb.

Paylaşımı olduğu kimi təqdim edirik:

Fotodakı xanım aşıq, şairə Gülayə Şınıxlıdır – Rzayeva Gülayə İsrafil qızı… Jurnalistlər üçün tikilmiş binadan 2013-cü ildə "Respublika” qəzetindən ev alıb.

Gəlirik əsas məsələyə… Gülayə Şınıxlı:
-Aşıq Pəri Məclisinin üzvüdür.

-Azərbaycan Aşıqlar Birliyinin isə İdarə heyətinin üzvüdür.

-Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

– "Qayğı və Himayə” adlı QHT-nin rəhbəridir.

2012-ci il noyabrın 1-də "Qayğı və Himayə” İctimai Birliyini yaradıb, elə həmin il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2-ci maliyyə yardımı müsabiqəsinin qaliblərindən biri kimi 3000 manat qrant alıb.
19 Mart 2019-cu ildə isə, QHT Dövlət Dəstəyi Şurasının
2019-cu il 1-ci qrant müsabiqəsinin qaliblərindən biri kimi 6000 min manat qrant alıb. Və daha nələr…

P.S. 1995-ci ildən "Respublika” qəzetinin Baş redaktoru olan hörmətli Teymur Əhmədov! Aşıq xanımın rəsmi dövlət qəzetindən təqdimatını kim verib? Ümumiyyətlə, jurnalistlər binasından bu qadın evi necə alıb?

Yutubda Gülayə Şınıxlının şeirlərinə, saz verilişlərindəki nəğmələrinə baxıb həzz ala bilərsiniz. Allah mübarək eləsin!

 

DiasporPress.az