Varşavada erməni təxribatının qarşısı alınıb
28 Oktyabr, 16:52   |    Baxış sayı: 51

Varşavada erməni təxribatının qarşısı alınıb

Diasporpress.az xəbər verir ki, Polşa Azərbaycanlıları Birliyi erməni icmasının Varşavadakı "Kino Kultura” kinoteatrında "Kraj wojny i Marzen” (Müharibə ölkəsinin xəyalları) filminin təqdimatını keçirməsinə sərt etirazını bildirib.
Erməni icmasının məqsədi heç bir tarixi gerçəklərə əsaslanmayan, Azərbaycanın və bütün müsəlman dünyasının erməni zülmkarları kimi hədəfə alındığı filmlə ölkəmizin nüfuzuna xələl gətirmək olub.
Bu məkrli niyyətin qarşısını almaq üçün həmvətənlərimiz öncə oktyabrın 23-də "Kino Kultura”nın qarşısında etiraz aksiyası keçiriblər. Daha sonra kinoteatrın, Polşanın Xarici İşlər, Mədəniyyət və Milli İrs Nazirliklərinin rəsmi elektron səhifələrinə çoxsaylı etiraz məktubları ünvanlanıb.
Oktyabrın 26-da isə soydaşlarımız saxta filmin təqdimat mərasiminin keçirilməsinə etiraz əlaməti olaraq "Kino Kultura”nın binasının qarşısında növbəti aksiya keçiriblər. 50-dən çox soydaşımızın qatıldığı aksiyada şüarlar səsləndirilib, yerli sakinlərə Qarabağ həqiqətlərindən bəhs edən kitabçalar paylanıb. Varşavalıların bəziləri aksiyada soydaşlarımızın yanında dayanmaqla, onların haqlı tələblərini dəstəklədiklərini nümayiş etdiriblər.
Soydaşlarımızın etirazı öz nəticəsini göstərib. Kinoteatr rəhbərliyi cəmi 40 nəfərin təqdimatını izləməyə gəldiyi filmi bir daha nümayiş etdirməmək qərarını qəbul edib.