UNEC sahibkar universitet modelini inkişaf etdirir
04 Sentyabr, 18:17   |    Baxış sayı: 82

UNEC sahibkar universitet modelini inkişaf etdirir

"UNEC-100” İnkişaf Strategiyasının məqsədlərindən biri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sahibkar universitetə çevrilməsidir.

Universitetdən Diasporpress.az-a bildirilib ki, bu modeli inkişaf etdirmək məqsədilə müəyyənləşdirilən strateji hədəflər startapların, patent müraciətlərinin və kommersiyalaşan patentlərin, o cümlədən biznes dünyası ilə birgə reallaşdırılan tədqiqat və innovasiya layihələrinin sayını hər il artırmaqdır.

Qeyd edək ki, "UNEC-100” İnkişaf Strategiyası 2030-cu ilə qədər reallaşdırılacaq.
 
Diasporpress.az