Ukraynada təxliyəylə bağlı böyük hay- küyün  olmamamasının səbəbi Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fədakarlığının nəticəsidir
26 Mart, 15:20   |    Baxış sayı: 392

Ukraynada təxliyəylə bağlı böyük hay- küyün olmamamasının səbəbi Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fədakarlığının nəticəsidir

17 mart tarixindən Ukrayna ilə Azərbaycan arasında uçuşların dayandırıldığı gündən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyində yaradılmış 24 saatlıq iş rejiminə başlayan qərargahla sıx əmakdaşlığa başlandı. Çox saylı sayda soydaşlarımız bir anda küçələrdə və həyati vacib  ehtiyaclarla baş başa qalmamasına imkan verilmədi. 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev həmən bütün reqion sədrlərini, mərkəzi idarə heyyətinin üzvlərini səfərbər etdi. 
Səfirlikdən aldığımız operativ məlumatlar əsasında Kiyev şəhərində  30 a yaxın, Livov şəhərində 40 yaxın İvano-Frankovsk şəhərində 6 nəfər, Odessa 2 nəfər, Krivoy-Roq  və Çernovçı şəhərlərində 6 ailəni öz himayəmizə götürdük . Bu günlər ərzində soydaşlarımız otellərə yerləşdirib ehtiyacları qarşılandı. 
Hər zaman kı kimi Prezidentimizin,  dövlətimizin və millətimizin yanındayıq.

Ancaq qeyd etməliyəm ki Ukraynada Karantin rejiminin gücləndirilməsindən bir çox otel və hostellər insanları karantinə bağlandıqları üçün çıxarır bir çoxlarıda qəbul etmir . Bu günə qədər öz hesablarına qalan soydaşlarımızın maddi imkanları tükəndiyindən yardım üçün  müraciət edən soydaşlarımızın sayı hər gün artmaqda davam edir, aralarında bir çoxları şəkər və s . xəstəlikləri olduğundan dərman preparatlarına təlabatda artmaqdadır.
Fürsətdən istifadə edib mart ayının 18 dən 24 saatlıq fədakarlıqla  gərgin iş rejimində çalışan Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin bütün əməkdaşlarına BUAK ın bütün reqion sədrlərinə, İş adamı Elşad Sadıqova  Azərbaycan-Türk-Ukrayna İş Adamları (ATU) Birliyinin sədri Əli Əliyevə öz dərin təşəkkürümü bildirirəm. 
 
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin müavini Xəyyam Həqiqətoğlu