Ukrayna səfiri Vilayət Eyvazovla görüşüb
02 Avqust, 13:16   |    Baxış sayı: 136

Ukrayna səfiri Vilayət Eyvazovla görüşüb

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Daxili İşlər naziri Vilayət Eyvazovla görüşüb.

Diasporpress.az-ın məlumatına görə, V. Kanevski bu barədə özünün "Twitter” səhifəsində yazıb.

Səfir bildirib ki, görüşdə Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanlarının gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir V. Eyvazovla görüş zamanı səfir Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycana təşəkkür edib.  
 
Diasporpress.az