Ukrayna prezidenti Türkiyəyə səfər edəcək
05 Avqust, 21:34   |    Baxış sayı: 25

Ukrayna prezidenti Türkiyəyə səfər edəcək

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 7-8-də Türkiyədə səfərdə olacaq.

Diasporpress.az Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, səfər zamanı ali qonaq Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, habelə Türkiyənin ukraynalı və Krım-tatar icmalarının nümayəndələri ilə, İstanbulda isə Ümumdünya Konstantinopol patriarxı Birinci Bartolomeosla görüşlər keçirəcək.
 
Diasporpress.az