Türkiyədə pandemiya səbəbindən 90 min məhbus müvəqqəti olaraq azadlığa buraxıldı
14 Aprel, 10:56   |    Baxış sayı: 1046

Türkiyədə pandemiya səbəbindən 90 min məhbus müvəqqəti olaraq azadlığa buraxıldı

Türkiyə parlamenti koronavirus pandemiyası səbəbindən 90 min məhbusu müvvəqəti olaraq azadlığa buraxmaq barədə qərar qəbul edib.

"Milliyet” xəbər verir ki, söhbət yüngül cinayətlərə görə mühakimə edilən şəxslərdən gedir.

Onlar mayın 31-dək azadlığa buraxılacaq, sonra isə cəzasının qalan hissəsini çəkməyə davam edəcəklər.

Qərara əsasən, bu müddətədək pandemiya səngiməsə onların azadlıqda qalma müddəti uzadıla bilər.

 

DiasporPress.az