Türkiyədə meşə yanğınlarının söndürülməsinə 23 helekopter cəlb olunub
19 Avqust, 10:29   |    Baxış sayı: 54

Türkiyədə meşə yanğınlarının söndürülməsinə 23 helekopter cəlb olunub

Türkiyə hökuməti ölkədə davam edən meşə yanğınlarını söndürmək üçün səfərbər etdiyi qüvvələri artırıb. Yağışlı hava yanğınsöndürənlərə kömək etsə də, bəzi yerlərdə güclü külək alovun yayılmasına səbəb olur.

Diasporpress.az xəbər verir ki, hazırda Muğla və İzmirdə meşə yanğınları davam edir. Bir neçə nöqtədə davam edən yanğınların söndürülməsinə 23 helikopter, 250 yanğınsöndürən maşın və min nəfərlik heyət cəlb olunub. Təhlükəsizlik məqsədilə İzmirin Yuxarı Orxanlı kəndinin əhalisi təxliyə edilib.
 
Diasporpress.az