Türkiyə və Rusiyanın müdafiə nazirləri arasında telefon danışığı olub
14 May, 13:40   |    Baxış sayı: 110

Türkiyə və Rusiyanın müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin müdafiə naziri Hulusi Akar mayın 14-də rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb.

 DisporPress.Az "Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, nazirlər Suriyanın İdlib bölgəsində son zamanlar baş verən hadisələri və həmin rayonda gərginliyin azalması üçün tədbirlərin görülməsini müzakirə ediblər.

Qeyd edək ki, son bir neçə gün ərzində Rusiya və İranın dəstəklədiyi Bəşşar Əsəd rejiminin silahlılarının İdlibi bombaladığına və atəşə tutduğuna dair xəbərlər yayılıb. Mayın 13-də isə Türkiyə prezidenti Rəsəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bu məsələni müzakirə edib.