05 Avqust, 15:11   |    Baxış sayı: 125

"Topaz" futbol üzrə Azərbaycan Premyer Liqasına sponsorluqdan imtina edib

"Topaz" növbəti mövsümdən etibarən futbol üzrə Azərbaycan Premyer Liqasının sponsoru olmayacaq.

Diasporpress.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, "Topaz" rəhbərlik etdiyi qurumla əməkdaşlığı dayandırıb: "Ayın 16-a kimi sponsorluqla bağlı yeni qərar qəbul olunacaq. "Topaz" sponsorluq etsəydi, həmin pulla klubları sevindirərdik".

Qeyd edək ki, Topaz 2012-ci ildən Azərbaycan Premyer Liqasının sponsoru idi.

 
Diasporpress.az